Çexiyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı

19-04-2021, 00:05           
Çexiyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
Çexiya səfiri rəsmi Praqanın rus diplomatları ölkədən çıxaracağı ilə bağlı bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Pravda.az-ın məlumatına görə, bu barədə RİA “Novosti” mənbəyə istinadən xəbər verir.

Bundan əvvəl Rusiya xarici siyasət idarəsi Çexiyanın addımına sərt etiraz edərək müvafiq cavab tədbirləri görəcəyini bəyan etmişdi.

Qeyd edək ki, Çexiya Rusiya səfirliyinin kəşfiyyatçı olan 18 əməkdaşını ərazisindən çıxarır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru