ABŞ Lukaşenkonun sui-qəsdlə bağlı dediklərini təkzib edib

19-04-2021, 00:08           
ABŞ Lukaşenkonun sui-qəsdlə bağlı dediklərini təkzib edib
“Belarus liderinə qarşı sui-qəsd cəhdində ABŞ rəhbərliyinin iştirakı barədə deyilənlər tamamilə yalandır”

ABŞ rəhbərliyinin Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sui-qəsd cəhdində əlinin olması təkzib edilib.

AYNA TASS-a istinadən bildirir ki, bu barədə Dövlət Departamenti açıqlama verib. Bildirilib ki, Belarus liderinə qarşı sui-qəsd cəhdində ABŞ rəhbərliyinin iştirakı barədə deyilənlər tamamilə yalandır.

Qeyd edək ki, bu gün Lukaşenko jurnalistlərə verdiyi açıqlamada ona və övladlarına sui-qəsd edildiyini bildirib. Prezidentin sözlərinə görə, onun ölkə başçısı vəzifəsindən kənarlaşdırılması və ona qarşı sui-qəsd göstərişi ABŞ-ın yüksək rəhbərliyi tərəfindən verilib.

Bununla yanaşı, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Lukaşenkoya sui-qəsd cəhdi və Belarusda hərbi çevriliş cəhdi barədə məlumat yayıb. Məlumatda qeyd edilib ki, "rəngli inqilablar" ssenarisi ilə dövlət çevrilişi planlaşdıran ABŞ və Belarus ikili vətəndaşlığı olan Yuri Zyankoviç və Belarus vətəndaşı Aleksandr Feduta Rusiyada tutulub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.