Avropa rəsmilərinin Kiyevə səfəri başlayıb
22-02-2016, 22:08
Almaniya ilə Fransa Ukraynada aparılan islahatları alqışlayıb, amma Kiyevi korrupsiya ilə müqaisədə daha böyük irəliləyişə nail olmağa çağırıblar.
Belə bir bəyanatla Almaniyanın xarici işlər naziri Frank Vaolter Ştaynmaya (Frank-Walter Steinmeier) və onun fransalı həmkarı Jon Mar Eru (Jean-Marc Ayrault) fevralın 22-də Almaniya mətbuatında çıxış ediblər.
Nazirlər Ukraynadakı bütün siyasi və iqtisadi qüvvələri islahatlara qoşulmağa çağırıblar.
Qeyd edək ki, hər iki nazirin fevralın 22-də Kiyevə ikigünlük səfəri başlayıb.
Onlar səfər zamanı ölkə rəsmiləri ilə əsasən Ukraynanın şərqindəki atəşkəs rejimini müzakirə edəcəkıər.
Nazirlər səfər ərəfəsində bildiriblər ki, Ukrayna rəsmiləri 2014-cü ildə keçmiş prezident Yanukovycin hakimiyyətdən getməsi ilə nəticələnən “Maydan” hərəkatının ruhuna sadiq qalmalıdırlar.
Onlar həmçinin 1 il əvvəl Minskdə imzalanmış atəşkəs razılaşmasına əməl olunmasının vacibliyini qeyd ediblər.
Təxminən 2 ildir ki, Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında baş verən toqquşmalarda 9 mindən çox adam ölüb.