Ailə biznesinin sonu:Səudiyyə Ərəbistanını kollaps gözləyir – Təhlil

24-02-2016, 00:41           

Ər-Riyad son bir neçə onillikdə Vaşinqtonun Yaxın Şərq müttəfiqi idi: ABŞ səudlardan neft alır, onlar isə kapitallarını Amerika banklarına etibar edirdilər. ABŞ hətta terrorla mübarizə hərc-mərcliyində də Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq etməyə alışmışdı. İndi bu münasibətlərin uzunömürlülüyünə baxmayaraq, Vaşinqtonun onu yenidən nəzərdən keçirməsi lazımdır.

Beynəlxalq sülh uğrunda Karnegi fondundan Sara Çayesin və Tafts universitetinin nəzdində Fletçer məktəbindən Aleks de Vaalın fikrincə, Səudiyyə krallığı kollapsa yaxındır və Amerikanın buna hazırlıq görməyinin vaxtıdır.

Araşdırıcılar The Atlantic-dəki birgə məqalədə yazırlar: “Ümumiyyətlə, Səudiyyə Ərəbistanı dövlət deyil. Onu iki üsulla təsvir etmək olar: ağıllı, lakin azömürlü biznes modelli syasi təşəbbüs kimi və yaxud o qədər korrupsiyalaşıb ki, şaquli şəkildə inteqrasiya olunmuş cinayətkar qurumu xatırladır. O, istənilən halda uzun müddət var ola bilməz”.

Səudiyyə Ərəbistanı ailə biznesi kimidir. Bu cür müəssisədə neft pula çevrilir, o isə siyasi loyallığa konvertasiya edilir.

ABŞ uzun müddət nəzərdə tuturdu ki, bu müəssisənin baş direktorunun – səud kralının loyallığı satın almağa sonsuz ehtiyatları var – hətta neftin indiki dəyər baxımından qəliz gerçəkliyində də. Bununla belə, Ər-Riyadın son hərəkətləri – hasilatın yanvardakı yüksək səviyyədə dondurulması və Aramco-nun IPO-ya mümkün nəticəsi – ona işarə edə bilər ki, ekspertlərin ehtimalına görə, səudlara hər halda pul lazım gəlir.

Çayes və Vaal yazırlar ki, sədaqət getdikcə baha başa gələ bilər və deyəsən, bunun Səudyyə Ərəbistanında necə baş vediyini görürük. Kral Salman əl-Səud bir il əvvəl taxta çıxdıqdan bir ay sonra təbəələrinə 32 milyard dollar payladı. Loyallığın qiyməti bundan sonra da artacaqsa, krallığı siyasi böhran gözləyir.

Səudiyyə Ərəbistanı mürəkkəb cinayətkar qurum kimidir. Krallıq əhalinin getdikcə özünü daha çox vətəndaş kimi hiss etdiyi digər kleptokratik rejimlərlə tam şəkildə tutuşdurula bilər. Ukrayna, Nigeriya, Braziliya, Moldova, Malayziya kimi ölkələrdə bu cür proses baş verir: insanlar hökumət və məmurlardan xalq qarşısında hesabatlı olmağı tələb etməyə başlayır və bu, bəzən zorakılıqla başa çatır.

Müəlliflər hesab edirlər ki, Səudiyyə Ərəbistanında siyasi tələbləri hələlik ancaq şiə azlığı irəli sürür, lakin savadlı sünni çoxluq çətin ki uzun müddət indiki dövlət quruluşuna qane olsun.

Çayes və de Vaalın fikrincə, Səudiyyə Ərəbistanı üçün üç ssenari mümkündür:
Birincisi, sadiqliyin üzvlərin özlərinə rəva bildiyindən baha başa gələcəyi kral ailəsi daxilində mübarizə.
İkincisi: başqa dövlətlə müharibə – Ər-Riyadla Tehranın Yəməndəki qarşıdurması nəzərə alınmaqla bir qədər ağlabatmaz nəticədir.
Üçüncüsü: ölkə daxilində dinc sakinlərin və yaxud cihadçıların üsyanı.

Müəlliflər materialın yekununda yazırlar ki, adətən, Vaşinqton pis vəziyyətdə qalır və dayanıqlı görünən dövlətlər dağılmağa başlarkən olduqca təəccüblənir. ABŞ bu məqaləni əvvəlcədən riski dəyərləndirmək xəbərdarlığı hesab edə bilər.

İra Solomonova
Slon.ru (Rusiya), 22.02.2016












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.