İdman tarixində rekord sövdələşmə: "Leykers" 10 milyard dollara satıldı
Bu gün, 12:48
ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) ən məşhur komandalarından biri olan "Los-Anceles Leykers" klubu 10 milyard dollarlıq rekord qiymətə yeni sahibinə keçib.
Oxu.Az xəbər verir ki, klubun nəzarət paketi "TWG Global" holdinq şirkətinin baş direktoru və İdarə Heyətinin sədri Mark Uolterə satılıb.
Bu, idman tarixində ən yüksək məbləğə başa gələn klub satışıdır.