İrandan Rusiyaya etiraz: "Onlar riyakarcasına “Hamımız neft hasilatını eyni səviyyədə saxlayaq” – deyirlər."

24-02-2016, 10:00           

Bijen Namdar Zəngənə - İranın neft naziri
İran İslam respublikası Səudiyyə Ərəbistanının və Rusiyanın neft hasilatının yanvar ayı səviyyəsində saxlanılması barədə əldə etdiyi razılaşmaya kəskin reaksiya bildirib. ANS PRESS-in məlumatına görə, İranın neft naziri Bijen Namdar Zəngənə bu qərara öz etirazını bildirib. Nazir razılaşmanı gülməli zarafat kimi dəyərləndirib.
“Bəzi qonşu ölkələr əvvəlki illərdə hasilatlarını gündəlik 10 milyon barelə çatdırıblar və ixracata bu səviyyədə davam edirlər. Ondan sonra da riyakarcasına “Hamımız neft hasilatını eyni səviyyədə saxlayaq” – deyirlər. Onlar hasilatı 10 milyon bareldə saxlayacaq, biz isə 1 milyonda? Bu çox gülməli zarafatdır.”


OPEK ölkələri olan Venesuella, Səudiyyə Ərəbistanı, Qətər və OPEK-in xaricindəki ən böyük neft ixracatçısı olan Rusiya ötən həftə neft qiymətlərini artırmaq üçün hasil etdfikləri neft miqdarını yanvar ayı səviyyəsində saxlamaq üçün razılığa gəlmişdilər.

Neftdə gözlənilən böyük ucuzlaşma
Nüvə proqramı səbəbindən 2012-ci ilin iyul ayından Amerika Birləşmiş Ştatları (ABŞ) və Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən neft ixracına embarqo tətbiq edilən İran, ötən ilin 14 iyulunda imzalanan nüvə razılaşmasından sonra sanksiyaların ləğv olunması ilə yenidən neft hasilatını çoxaltmaq istəyir.

Səudiyyə Ərəbistanının neft hasilatını çoxaltması ilə ötən ildən bəri neftin qiyməti 70 faizə qədər ucuzlaşıb. İranın neft hasilatını çoxaltması ilə neft qiymətindəki ucuzlaşmanın davam edəcəyi proqnozlaşdırılır.

Ötən ildən neft qiymətində kəskin ucuzlaşma baş vermiş və bu hal iqtisadiyyatı neftdə asılı olan ölkələrdə ciddi problemlər yaradıb. ABŞ-ın uzun illər sonra Avropaya neft ixrac etməyə başlaması bu tendensiyanı sürətləndirmişdi. Neftin ucvuzlaşmasından sonra bəzi körfəz ölkələrində uzun illərdən sonra ilk dəfə benzin bahalaşmışdı. Yaxın günlərdə isə Venesuelada benzinin qiyməti 60 dəfəyə qədər artmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.