Paşinyan “Qazprom”u hədələdi: - “Həbs olunacaqlar”

16-06-2021, 18:40           
Paşinyan “Qazprom”u hədələdi: -
Hurriyyet.org xəbər verir ki, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan “Qazprom Ermənistan” (Rusiyanın “Qazprom” Açıq Səhmdar Cəmiyyətinin müəssisəsi) şirkətinin rəhbərliyini öz əməkdaşlarını etiraz aksiyalarında iştiraka məcbur eləməkdə ittiham edib.

Paşinyanın sözlərinə görə, hələlik bu məlumatlar qəti şəkildə təsdiqlənməsə də, hakimiyyət əsaslı dəlillər əldə edəcəyi təqdirdə, təşəbbüskarlar barəsində cinayət işi açıla bilər. Paşinyan deyib: “Başa düşmürəm, “Qazprom Ermənistan” Ermənistan xalqının və hökumətinin əleyhinə necə işləyə bilər? Bunu ağlınıza da gətirməməyiniz üçün, sizi dəstə-dəstə, qrup-qrup mühakimə edəcəklər”.

O əlavə edib ki, müəssisənin kütləvi etirazlarda yaxalanan istənilən işçisi dərhal işdən çıxarılacaq. Şirkətin özü üçün isə belə işlərin “çox ağır nəticələri olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru