ABŞ və Çin Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsinə dair razılığa gəliblər

25-02-2016, 08:18           

ABŞ və Çin BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsinə dair qətnamə layihəsi üzrə razılığa gəliblər.

APA-nın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-dəki diplomatik mənbələr bildirib.

Diplomatların sözlərinə görə, sənəd yaxın günlərdə səsverməyə çıxarıla bilər.

Qeyd edək ki, bundan əvvəl Çin xarici işlər naziri Van İ bəyan etmişdi ki, BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın nüvə sınaqlarına dair qətnaməsi üzərində işlər yaxın günlərdə yekunlaşacaq.

Xatırladaq ki, rəsmi Pxenyan 2016-cı ilin əvvəlində nüvə sınaqları keçirib və sınaq üçün ballistik raket buraxıb. Cənubi Koreya, Çin, Rusiya, ABŞ, Avstraliya və Yaponiya bunu Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinin pozulması kimi qiymətləndirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.