Antiböhran planları üçün pul yoxdur! - Anton Siluanov
25-02-2016, 08:21
Rusiya KİV-nin məlumatına görə, antiböhran planlarının həyata keçirilməsi üçün Rusiya hökumətinin əlində pul qalmayıb. Bu xəbərdarlıqla ölkənin maliyyə naziri Anton Siluanov çıxış edib (Exo Moskvı).
Nazirin sözlərinə görə, antiböhran planları üçün nəzərdə tutulmuş 250 milyard rubldan hökumətin əlində cəmi 120 milyard rubl qalıb («Kommersant»).
Problemin həlli yolu kimi çatışmayan vəsaitin prezidentin ehtiyat fondundan ayrılması təklif olunur.
Bundan əvvəl xəbər verilmişdi ki, prezident Vladimir Putin Nazirlər Kabineti ilə antiböhran planının detallarını müzakirə edib.