"Odur ki, hələ ki, Rusiya ağzını yummayıb, " - Siyasi qalmaqal
28-02-2016, 11:28
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Dövlət Departamentinin təmsilçisi Mark Tonerə qəzəblənib.
Rusiya KİV-ləri xəbər verir ki, Mark Toner Rusiyanın Suriyadakı atəşkəs niyyətinin ciddi olduğunu əməlləri ilə sübut edə bilmədiyi üçün “ya iş görsünlər, ya da ağızlarını yumsunlar” ifadəsini işlədib.
Mariya Zaxarova amerikalı həmkarına sərt cavab verib.
“Ağzını yummaq ifadəsini, cənab Toner bu idiom ifadənin geniş yayıldığı amerikalı diplomat həmkarlarına müraciətdə deyə bilər. Odur ki, hələ ki, Rusiya ağzını yummayıb, cənab Toner Suriyadakı real vəziyyəti öyrənə bilər”.
Zaxarova Mark Tonerin bəyanatlarının Amerika diplomatlarında ağılın və tərbiyənin olmadığını, kobudluğun isə geniş yayıldığının sübutu olduğunu əlavə edib.