Braziiya polisi San-Paulu şəhərində Facebook-un Latın Amerikası üzrə vitse-prezidenti Dieqo Dsodanı həbs edib. Milli.Az El Mundo-ya istinadən bildirir ki, Federal Polisin mətbuat xidmətinin yaydığı məlumata görə, həbsin səbəbi məhkəmə qərarlarını yerinə yetirməkdən və Facebook-a məxsus WhatsApp messencerində narkotacirlərin aktivliyi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verməkdən boyun qaçırmaqdır. Braziliyada analoji səbəblərə görə ötən il WhatsApp bağlanmışdı.