İranın yeni Xarici İşlər naziri bəlli oldu – Əmir Abdullahiyan

26-08-2021, 07:09           
İranın yeni Xarici İşlər naziri bəlli oldu –
İranın yeni Xarici İşlər naziri bəlli olub.

Ovqat.com-un məlumatına görə, İran Prezident İbrahim Rəisi bu posta Əmir Abdullahiyanı təklif edib.

Təklif İran parlamentində səsə qoyulub, 286 millət vəkilindən 270 -i onun lehinə səs verib.

Abdollahiyan Xarici işlər naziri təyin edilməzdən əvvəl, İran parlamenti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri vəzifəsində çalışıb. Bundan əlavə, onun iş karyerasında İran Xarici İşlər nazirinin müavinliyi də var. Abdollahiyan Məhəmməd Cavad Zərifin Xarici İşlər Nazirliyinə rəhbər təyin edilməsindən sonra ilk üç il ərzində bu vəzifəni tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru