Kim Çenə qarşı 315 minlik ordu

6-03-2016, 21:21           

Cənubi Koreya və ABŞ Şimali Koreyanı təxribatlardan çəkindirmək üçün birgə böyük hərbi təlimlərə başlayır.

Axar.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, təlimlər martın 7-də başlayacaq və aprelin 30-dək davam edəcək. Təlimlərə 300 min Cənubi Koreya əsgəri və 15 min ABŞ hərbçisi qatılacaq.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen İn bir neçə gün öncə nüvə silahlarının hazır vəziyyətə gətirilməsi barədə göstəriş verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.