Ukraynanın yeni baş naziri Saakaşvili olmadı

8-03-2016, 17:38           
Ukraynanın yeni baş naziri Saakaşvili olmadı
Ukraynanın yeni baş naziri vəzifəsinə hazırkı maliyyə naziri Natalya Yaresko gətiriləcək. Axar.az xəbər verir ki, bunu öz Tvitter səhifəsində ABŞ-ın Ukraynadakı eks-səfiri Stiven Payfer paylaşıb. O, təyinatın bu həftə baş tuta biləcəyini söyləyib. Qeyd edək ki, hazırda Ukraynanın baş naziri Arseni Yasenyukdur. Bir müddət öncə mətbuat onun vəzifədən gedəcəyini və yerinə Mixail Saakaşvilinin gətiriləcəyini bildirmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.