"Türk ordusunu ölkəmizə dəvət edirik" — Rusiyadan çəkinən Avropa ölkəsindən şok bəyanat

9-03-2016, 21:05           

Rusiyanın Avropa üzərində qorxu yaratdığı bir dövrdə Litvanın müdafiə naziri sensasion bəyanatla çıxış edib.

Ölkə.az xəbər verir ki, Litvanın müdafiə naziri Yuozas Oleaks türk əsgərini ölkəsində görməkdən məmnunluq duyacaqlarını bildirib.

Rusiyanın aqressiv siyasətindn danışan Oleaks Baltik ölkələrinin durumundan, Suriya böhranından, NATO və Türkiyənin dünyada gedən proseslərdəki rolundan danışıb.

"Anadolu" agentliyinə müsahibə verən Litvanın müdafiə naziri Rusiyanın Krımı və Donbası işğalından sonra əksər region ölkələrinin özlərini təhlükəsizlikdə hiss etmədiyini bildirib.

"Əlbəttə türk əsgərini ölkəmizdə görməkdən çox məmnun olardıq. Türkiyə Baltik ölkələrində NATO-nun Hava Polisi Missiyasında aktiv iştirak edən ilk ölkələrdən biridir", deyə Yuozas Oleaks bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.