Corc Fridman: "Müharibəyə hazır olun"
9-03-2016, 21:24
Amerikanın «Stratfor» analitik mərkəzinin qurucusu Corc Fridman «müharibəyə hazır olmağı» məsləhət görüb.
Bunu nüfuzlu təşkilatın əsasını qoymuş şəxs «Business İnsider» nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, tarixdə hələ elə bir əsr olmayıb ki, «bütün sistemi silkələyən» sistem müharibəsi baş verməsin.
«Avropadakı 7 illik müharibə, XIX əsrin Napoleon savaşları, böyük dünya müharibələri — hər bir əsrdə nəsə olub. Bu əsrdə heç bir şeyin olmayacağı barədə mərcə girmək istəyirsinizsə, mən bu mərcə hazıram», - Fridman belə deyib.
O, sistem müharibələrinin necə başladığına diqqət çəkib. Ölkələrdən bəziləri — məsələn, Almaniya, Çin, Rusiya — tənəzzülə uğrayırlar və onların yerinə digərləri gəlir. Belə vəziyyətin təhlükəsi ondadır ki, yeni ölkələr hələlik «balansa çatmayıblar».
«1871-ci ildə Almaniya birləşdi və dünya cəhənnəmə çevrildi. XX əsrin əvvəllərində Yaponiya gücünü artırdı, sonradan xaos yarandı», - «Stratfor»un qurucusu misallar gətirir.
«İndi də sistem hərəkətliliyi müşahisdə edirik. Müharibəyə hazır olun», - Fridman nəticə çıxarır.
Onun sözlərinə görə, bu vəziyyətdə bir dövlətlərin başqaları ilə əvəzlənməsi özü təhlükə törətmir, əsl təhlükə yeni dözlətlərin düşdüyü vəziyyətdir.
Fridman həmçinin onun fikrinə görə hansı ölkələrdə münaqişə ocaqlarının yaranacağı ehtimallarını da söyləyib. Nüfuzunu itirən ölkələrin yerinə gələcək dövlətlər, Fridmanın düşüncəsinə əsasən, Yaponiya, Polşa və Türkiyədir.
Beləliklə, Fridman Yaxın Şərqdə və Şərqi Avropada münaqişələr proqnozlaşdırır, bununla birlikdə, ona görə, Yaponiya ilə ABŞ arasında dəniz müharibəsi də mümkündür.
Bununla yanaşı, o, hər hansı bir dövlət tərəfindən rəqibinə qarşı nüvə silahının istifadə olunacağı ehtimalına şübhə ilə yanaşır. (virtualaz.org)
teref.az