Bu ölkələr məhv edilə bilər - SİYAHI
10-03-2016, 00:47
Şimali Koreya miniatür nüvə raketi başlığı hazırlayıb
Xarici mediaya istinadən xəbər verir ki, bu yeniliknüvə döyüş başlıqlarını ballistik raketlərə yerləşdirməyə imkan verəcək.
Lakin ekspertlər rəsmi Pxenyanın bəyanatını inandırıcı hesab etmirlər. Onların fikrincə, təcrid edilmiş ölkənin bunun üçün lazımı texnologiyası yoxdur.
BBC-nin məlumatına görə, Şimali Koreyada müxtəlif imkanlara malik 1000-dən çox raket var. Pxenyan həmçinin qitələrarası raketlərə sahibdiur. “Tepxodon” (“Pektusan”) ailəsinə aid ikinci nəsil raketlər 6 min kilometrdəki mövqelərə zərbə vura bilər. Yəni, zərbə təhlükəsinin altına Çin, Yaponiya, Cənubi Koreya, cənub-şərqi Asiya, bütün Hindistan və Rusiya ərazisinin çox hissəsi düşür.
Koreyanın ballistik raketləri həmçinin ABŞ-ın Alyaska ştatını vura bilər.
Ancaq ekspertlərin əksəriyyəti hesab edir ki, Koreya Xalq Demokratik Respublikası ballistik raketlərə yerləşdirilə biləcək miniatür nüvə döyüş başlıqlarını əldə edə bilməyib. Rusiyanın nüvə təhlükəsizliyi sahəsində mütəxəssisi Andrey Bakliskiy bildirir ki, bütün bunlar üçün detonatorlar və partlayışı təmin edən çox dəqiq elektronika lazımdır. Rusiyalı ekspert bu texnologiyanın çox az ölkədə olduğunu vurğulayıb.
Amma Amerika hərbçiləri Simali Koreya istehsalçılarının nüvə texnologiyaları sahəsində mümkün müvəffəqiyyətləri barədə qorxularını gizlətmirlər. ABŞ Silahlı Qüvvələrinin Sakit okean komandanlığının baş komandanı Harri Xarris “Stars and Stripes” portalına bildirib ki, aydın və real təhlükə var.
“Yalnız Koreya yarımadası üçün deyil, bütün dünya üçün çox aydın və real təhlükə var. Şimali Koreya Havay adaları və kontinental ABŞ-ın qərb sahili üçün təhlükə yaradır. Bu təhlükə tezliklə ABŞ-ın bütün ərazisi üçün təşkil edəcək”, - amerikalı admiral vurğulayıb.