İran Şimali İraq Kürd Regional Rəhbərliyinin hasil etdiyi nefti dünya bazarına çıxarması üçün rəsmi Ərbilə təklif göndərib.
Axar.az xəbər verir ki, bu sözləri İranın İraqdakı baş konsulu Səidullah Məsudi deyib.
“Kürdlər nefti İran ərazisindən dünya bazarına çıxara bilər. İranın böyük şirkətlərinin bu layihəni icra etmək imkanı var. Sadəcə layihənin həyata keçməsi üçün hər iki tərəfin güclü iradəsinə ehtiyac duyulur. Süleymaniyyə şəhərinin rəhbəri ilə görüşdüm. Yaxın zamanda boru xəttinin çəkilişi ilə bağlı razılıq əldə oluna bilər. Kürd rəhbərliyinin qərarını gözləyirik”, - Məsudi vurğulayıb.