Çin Avropanı işğal edir

11-03-2016, 10:17           
Çin Avropanı işğal edir
ABŞ və Avropaya yatırılan Çin investisiyaları bu ilin iki ayında rekord səviyyəyə çatıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Faynənşl Tayms” qəzeti “Beykır ənd Makkenzi” şirkətinin hesabatına əsasən yayıb.

Pekinin ABŞ-a yatırdığı investisiyalar 2 ayda 15 milyard dollara çatıb. Avropada isə bu göstərici 23 milyard dollar səviyyəsindədir. Çin Avropada ən böyük yatırımını İtaliyaya edib. Bu, bir müddət öncə “Pirelli” və “Kemçayna” şirkətləri arasında imzalanan 7,9 milyard dollarlıq müqavilə sayəsində mümkün olub. İtaliyadan sonrakı yeri isə 3,6 milyardlıq investisiya ilə Fransa tutub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.