FBI-Apple qalmaqalı böyüyür - Ədliyyə Nazirliyi də müharibəyə qoşuldu

11-03-2016, 13:35           
FBI-Apple qalmaqalı böyüyür - Ədliyyə Nazirliyi də müharibəyə qoşuldu
“Apple” və Federal Təhqiqat Bürosunun (FBI) arasındakı şifrə müharibəsinə yeni bir iddia da əlavə olunub.

Avropa.info xəbər verir ki, ABŞ-ın Ədliyyə Nazirliyi federal məhkəməyə təqdim etdiyi sənəddə “Apple”-ın “iPhone”-larda texnoloji maneələri, hüquq mühafizə orqanlarına qarşı təkmilləşdirdiyini iddia edib.

Nazirliyin ABŞ-ın Los-Anceles şəhərindəki federal məhkəmədə baxılan şifrə iddiası çərçivəsində təqdim etdiyi son sənəddə “Apple”-yə qarşı yeni ittihamlar irəli sürülüb.

Dekabr ayında Kaliforniyanın San Bernardino şəhərində 14 nəfərin həlak olduğu hücumu təşkil edən və təhlükəsizlik qüvvələri tərəfindən öldürülən 28 yaşlı Seyid Rizvan Fəruqa aid “iPhone”-un şifrəsini qırmağa qanun çərçivəsində müdaxilənin gücləndirilməsini tələb edən Ədliyyə Nazirliyinin vəkilləri “Apple”-ın mövzuya bağlı iddialarını tənqid ediblər.

Vəkillər “Apple”-ın iddiaları səhv olmaqla yanaşı eyni zamanda azadlığımızı və haqlarımızı qoruyan təşkilatları təng gətirməkdən ibarətdir” deyə bildiriblər.

Nazirliyin təqdim etdiyi sənəddə bu tələbin heç bir şəkildə hökumətə bütün dünyadakı “iPhone”-ların şifrələrini verməyəcəyini və bunu “Apple”-ın da bildiyi bildirilir.

“Bu iddia heç bir halda ümumi deyil. “Apple” 14 amerikalını öldürən terrorçu ilə bağlı dəlillərin olduğu “iPhone” ilə qanuni axtarış icazəsi arasında duran texnoloji maneələrə qəsdən təkmilləşdirib. Bu maneələri, FBI-ın telefonu araşdırmasını təmin etmək üçün yalnız “Apple” şirkəti aradan qaldıra bilər və bunu lazımsız çətinlik yaratmadan da edə bilər.”

“Apple”, FBI və Ədliyyə Nazirliyinin vəkilləri, 22 mart tarixində Los-Anceles şəhərindəki federal məhkəmədə qarşı-qarşıya gələcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.