İntim video Gürcüstanda siyasi qalmaqala səbəb oldu

11-03-2016, 23:33           

Prokurorluq təhqiqata başlayıb.
Gürcüstanın baş prokurorluğu YouTube –da respublikanın XİN-nin sabiq başçısı Maya Pancikidzeyə oxşayan qadının çəkildiyi videogörüntü yayımlanandan sonra cinayət işi qaldırıb, METBUAT.info “RİA Novosti”-yə istinadən xəbər verir.
Cümə günü, martın 11-də internetdə yerləşdirilmiş videoyazıda kişi və Maya Pancikidzeyə oxşayan qadının intim görüntüləri qeydə alınıb.
«Eхо Каvкаzа» dəqiqləşdirir ki, videogörüntü «YouTube» administrasiyası tərəfindən artıq bağlanıb.
Gürcüstan prokurorluğu artıq «şəxsi həyata aid informasiyanın qeyri-qanuni yayılması» faktı ilə bağlı təhqiqata başlayıb.
Pancikidze 2014-cü ilin noyabrında Xarici işlər naziri vəzifəsindən istefaya gedib. Gürcüstanın XİN-nə o, 2012-ci ilin oktyabrından başçılıq edib. (oxu.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.