Şiə din xadimi Müktəda Sədrin İraqın paytaxtı Bağdadın Təhrir meydanında toplaşan minlərlə tərəfdarı hökumət əleyhinə nümayiş keçirib.
Axar.az xəbər verir ki, nümayişçilər hökumətdən təcili islahatlar keçirməyi tələb ediblər.
Əllərində İraq bayraqları olan etirazçılar müxtəlif şüarlar səsləndiriblər.
Qeyd edək ki, şiə təriqətli "Mehdi Ordusu"nun lideri Muktəda Sədr cümə günü tərəfdarlarının Yaşıl bölgəyə hücum edib, hökuməti devirəcəkləri barədə xəbərdarlıq etmişdi.