Ərəb Dövlətləri Liqası “Hizbullah”ı terror təşkilatı kimi tanıyıb

12-03-2016, 06:24           
Ərəb Dövlətləri Liqası “Hizbullah”ı terror təşkilatı kimi tanıyıb
Körfəz Əməşdaşlıq Şurasına daxil olan ölkələrdən sonra, Ərəb Liqası da Livanda fəaliyyət göstərən "Hizbullah" silahlı qruplaşmasını terror təşkilatı elan edib.

Avropa.info xəbər verir ki, bu haqda qərar Ərəb Liqası xarici işlər nazirlərinin toplantısında verilib. Tunisdə keçrilən toplantıda "Hizbullah"ın Bəhreyn, Yəmən və Suriyada terrorçu fəaliyyətlə məşğul olduğu qeyd olunub. Ərəb Liqası ölkələri "Hizbullah"ı ərəb ölkələrində təhlükəsizliyi pozmaqda ittiham ediblər.

Toplantıda iştirak edən İraq, Əlcəzair və Livan istisna olmaqla bütün dövlətlər "Hizbullah"ın terror təşkilatı siyahısına salınmasına səs veriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.