Şimali Koreya lideri daha çox nüvə sınaqlarının həyata keçirilməsinə göstəriş verib
12-03-2016, 06:25
Şimali Koreya lideri Kim Çen In ballistik raketin sınaqdan keçirilməsini izlədikdən sonra daha çox sınaqlar keçirərək ölkənin nüvə hücumu keçirmək qabiliyyətini təkmilləşdirməsini əmr edib.
"Report"-un "Amerikanın səsi"nə istinadən verdiyi xəbərə görə, hesabatda sınağın nə zaman keçirildiyi qeyd edilməsə də, onların Şimali Koreyanın cümə axşamı qısa-mənzilli raket sınaqlarına istinad etdiyi güman edilir. Raketlər 500 km uçduqdan sonra dənizə düşüb. Şimali Koreya yanvar ayında dördüncü nüvə sınağındsn sonra Koreya yarımadasında gərginlik artıb və bu, BMT Təhlükəsizlik Şurasının yeni sanksiyalar qətnaməsi qəbul etməsinə səbəb olub.