ABŞ-ın daha bir ştatında Dağlıq Qarabağa dair iki qətnamə rədd edildi

12-03-2016, 12:27           
ABŞ-ın daha bir ştatında Dağlıq Qarabağa dair iki qətnamə rədd edildi
ABŞ-ın Havay Ştat Senatı erməni lobbisinin təhriki ilə gündəliyə gətirilən anti-Azərbaycan xarakterli iki qətnaməni rədd edib.

Virtualaz.org Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun məlumatına istinadən xəbər verir ki, 10 mart 2016-cı il tarixində Ştat Senatında irəli sürülmüş bu qətnamələr qəbul olunacağı təqdirdə, ştat Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş qondarma “DQR”-i “müstəqil dövlət” kimi tanıyacaq, onun “müstəqilliyinin güclənməsi” üçün ABŞ-ın Federal Hökumətinə və ABŞ Konqresinə çağırış edəcəkdi.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu bu barədə məlumat əldə etdikdən dərhal sonra Havay Senatının rəhbərliyi, qətnamələrin müəllifləri və digər senatorlar ilə əlaqə saxlamış, bütün qanunvericilərə rəsmi məktublar ünvanlayıb, Ermənistanın Azərbaycan torpaqlarını işğalı, həmçinin, BMT və digər nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı aydın mövqeyi barədə onları məlumatlandırıb.

Bunun nəticəsində, Ştat Senatının rəhbərliyi 11 mart tarixində rəsmi bəyanat verərək, Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək ifadə edib və Havay Ştat Senatının bu qətnamələri qəbul etməyəcəyini diqqətə çatdırıb.

Rəsmi bəyanatın verilməsindən sonra, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Havay Ştat Senatının rəhbərliyi ilə yenidən əlaqə saxlayaraq, belə prinsipiallığa və ədalətli mövqeyə görə onlara təşəkkür edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.