Bəşər Əsəd Suriya xalqına aiddir və xalqın qırmızı xəttidir.
Axar.az xəbər verir ki, bu sözləri Suriya Xarici İşlər naziri Vəlid Müəllim deyib.
“Nə o, (BMT-nin Suriya üzrə nümayəndəsi Stefan de Mistura) nə də başqası, hər kim olursa-olsun, prezident seçkiləri haqqında danışmağa haqqı yoxdur. Sabah nümayəndə heyətimiz Cenevrəyə yola düşəcək. 24 saat gözləyəcəyik və heç kim gəlməsə, geri qayıdacağıq”, - Müəllim vurğulayıb.
Qeyd edək ki, sabah Suriya hökuməti ilə müxalifət nümayəndələrinin İsveçrənin Cenevrə şəhərində görüşü gözlənilir.