Rusiyadan təyyarənin vurulması ilə bağlı – Açıqlama
14-03-2016, 00:05
Rusiya Müdafiə Nazirliyi Suriya ordusuna məxsus MİQ-21 döyüş təyyarəsinin vurulması ilə bağlı məlumat yayıb. Axar.az xəbər verir ki, nazirlik faktı təsdiq edərək hadisənin Həma şəhərində baş verdiyini deyib: “Nüsrə Cəbhəsinin 30 üzvü tərəfindən açılan atəş nəticəsində döyüş təyyarəsi vurulub. Pilotun taleyi barədə məlumat yoxdur”.