Saakaşvilinin istefası üçün 35 min imza toplandı

14-03-2016, 00:11           
Saakaşvilinin istefası üçün 35 min imza toplandı
Martın 3-dən Mixail Saakaşvilinin Odessa vilayətinin rəhbərliyindən istefası ilə bağlı imza toplanmasına başlanıb.

Modern.az xarici mediaya istiadən bildirir ki, bu kampaniya “Gürcüstandan qovdular – Odessadan da qovacağıq” şüarı ilə keçirilir.

Ötən 10 gün müddətində region sakinlərinin 35 min imza topladığı bildirilir.

Şəhərdə imza toplanması üçün ümumilikdə 20 çadır qurulub. Prosesə əvvəllər yeni qubernatoru dəstəkləyən partiya nümayəndələrinin də qoşulduğu bildirilir. Region sakinlərinin fikrincə, Saakaşvili planlaşdırılan heç bir vədini yerinə yetirməyib. Belə ki, Odessa-Reni yolu tikilməyib, yeni gömrük və parlament formalaşdırılmayıb, vilayət administrasiyasının yeni əməkdaşları korrupsiya cinayətlərinin iştirakçılarıdır.

Saakaşvilinin tərəfdarları isə bu aksiyanı təxribat adlandıraraq islahatların keçirilməsi üçün çox vaxt lazım olduğunu vurğulayırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.