ABŞ enerji böhranı ilə bağlı Avropa ilə təmasda olduğunu bəyan edib

15-10-2021, 10:39           
ABŞ enerji böhranı ilə bağlı Avropa ilə təmasda olduğunu bəyan edib
ABŞ enerji böhranı fonunda Avropadakı müttəfiqləri və tərəfdaşları ilə sıx əlaqə saxlayır.

"Report" xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays brifinqdə deyib.

"Vəziyyətin inkişafından narahatıq və ticarət sessiyaIarını yaxından izləyirik", - Prays bildirib.

Sözçü vurğulayıb ki, yüksək enerji qiymətləri bərpa olunan enerji mənbələrinə keçməyin vacibliyini ortaya qoyur.

Bundan əvvəl Avropa enerji komissarı Kadri Simson qeyd edib ki, Avropa İttifaqının qaz anbarları 77 faiz doludur. Bu, hava şəraitindən asılı olaraq təşkilat ölkələri tərəfindən illik qaz istehlakının təxminən 20%-ni təmin etmək üçün kifayətdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru