Yaponiya Rusiya ilə sülh müqaviləsi imzalamaq istəyir

19-10-2021, 08:22           
Yaponiya Rusiya ilə sülh müqaviləsi imzalamaq istəyir
Yaponiya hökuməti Rusiya ilə sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirib.

Yaponiya nazirlər kabinetinin baş katibi Hirokadzu Matsunonun sözlərinə görə, ölkə hakimiyyəti bu problemi gələcək nəsillərə ötürmək istəmir.

Matsuno qeyd edib ki, bu, mübahisəli ərazilər məsələsinin həllinin vacibliyini bir daha təsdiq etmək üçün yaxşı bir fürsətdir. O, əlavə edib ki, rəsmi Tokio 2018-ci ildə Vladimir Putininlə Yaponiyanın ozamank baş naziri Şinzo Abe arasında Sinqapurda görüşü zamanı əldə edilən razılaşmalar əsasında Moskva ilə dialoq aparmaq niyyətindədir.

Yaponiya 1855-ci il ikitərəfli Ticarət və Sərhəd Müqaviləsinə əsaslanaraq Kuril silsiləsinin cənub adalarını - Şikotan, İturup, Habomai və Kunaşirə iddia edir. Ərazi mübahisəsi İkinci Dünya Müharibəsinin sonundan bəri davam edir, o vaxtdan tərəflər sülh müqaviləsi imzalaya bilmirlər. Bir neçə gün əvvəl Yaponiyanın hazırkı baş naziri Fumio Kisida ölkənin suverenliyinin Cənubi Kuril adalarına qədər uzandığını bildirib.

Mənbə: Mk.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru