Moskvadan kürdlərə zərbə: "Yanlışdır"

19-03-2016, 00:50           
Moskvadan kürdlərə zərbə: "Yanlışdır"
"Suriyalı kürdlərin federasiya elan etməsi yanlış addımdır. Bu kimi qərarlar birtərəfli qəbul edilə bilməz".

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov söyləyib.

“Bu barədə qərar yalnız görüşlərdən sonra qəbul edilə bilər. Rusiya Cenevrə görüşlərində kürdlərin də iştirak etməsini istəyir”, - Boqdanov bildirib.

Xatırladaq ki, dünən Suriyada PYD-nın başçılığı ilə toplantı keçirən kürd qruplaşmaları “Şimali Suriya Federasiyası”nı elan etmişdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru