"Xristianlar kürdlərə qoşulmadı"

19-03-2016, 09:48           

Suriyanın şimalında yaşayan xristianlar kürdlərin federasiya çağırışlarına qoşulmayıb.

Axar.az xəbər verir ki, bu sözləri Suriyanın Süryani cəmiyyətinin nümayəndəsi Ahikar İsa söyləyib.

“Azlıq olsaq da, bu əzilməyimiz anlamına gəlməməlidir. Referendum keçirilmədən və Suriya hökumətinin təsdiqi olmadan bu cür addımların əleyhinəyik. Bölgədə yaşayan azlıqların fikri öyrənilmədən bu cür qərarın verilməsi sadəcə diktatorluqdur”, - İsa söyləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.