Aznavur: "Bu yazıma görə məni öldürə bilərlər"

19-03-2016, 09:54           
Aznavur: "Bu yazıma görə məni öldürə bilərlər"
Şarl Aznavurun qızı Seda Aznavur Feysbuk sosial şəbəkəsində Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyandan yazıb.

Axar.az sözügedən paylaşımı təqdim edir:

"Daha bir xəyal qırıqlığı. Hər zaman gülərüz olan cənab Edvard Nalbəndyan heç də bizim tanıdığımız insan deyil. Onun heç də böyük ürəyi yoxdur. O, Vardan Petrosyana nifrət edir. Mən onu müqəddəs insan hesab edirdim, böyük hörmətlə yanaşırdım, amma bu şəxsiyyətə heyranlıq duyaraq böyük bir zərbə ilə qarşılaşdım. Təəssüf ki, mən insanlar haqda yanılmağı sevmirəm, çünki bütün insanları sevmək istəyirəm. Amma bəzən təbəssümlərin arxasında yatan saxtakarlığı görə bilmirik. Mən bunu heç vaxt unutmayacağam. İstənilən halda o, Levon Saqyanın yaxın dostudur. Elə bu özü hər şeyi deyir. Bu yazıma görə mənim yeni düşmənlərim peyda ola bilər, hətta bu sözlərə görə məni öldürə də bilərlər”.

Xatırladaq ki, daha öncə Seda Aznavur öz Feysbuk sosial şəbəkəsində aktyor Vardan Petrosyanın azadlığa buraxılması üçün Ermənistan Prezidenti Serj Sərkisyana müraciət ünvanlamışdı.

Şarl Aznavur erməni əsilli fransız aktyoru və musiqiçisidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru