Rusiyada dəhşətli təyyarə qəzası: 61 ölü

19-03-2016, 10:08           
Rusiyada dəhşətli təyyarə qəzası: 61 ölü
Dubaydan Rostov-na-Donu şəhərinə uçan sərnişin təyyarəsi pis görüntü şəraitində eniş edərkən qəzaya uğrayıb.
“Report” xəbər verir ki, bu barədə regionun fövqəladə xidmət orqanlarına istinadən RİA “Novosti” məlumat yayıb.
“İlkin olaraq “Boeing-737″ pis görüntü şəraitində uçuş-enmə zolağından 50-100 metr kənara düşüb”, – deyə mənbə bildirib.
Təyyarə “Fly Dubai” aviaşirkətinə məxsus olub. Eniş zamanı partlayış baş verib. Təyyarənin göyərtəsində 6 heyət üzvü, 55 sərnişin, eləcədə də 4 uşaq olub. Onların hamısı ölüb. Qəzadan sonra yanğın baş verib. Hazırda hava limanı bağlanıb.
Rostov vilayətinin nəqliyyat polisi təyyarənin düşməsi faktını təsdiqləyib.
***
Sərnişinlərin hamısı rus, heyət üzvləri isə əcnəbilər olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru