Kanada Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etdiyini açıqladı. Bu bəyanatla Kanadanın xarici işlər naziri Stefan Dion çıxış edib. Onun sözlərinə görə, yeni sanksiyalar 10 hüquqi və 2 fiziki şəxsə şamil olunur. Bəyanatda əlavə sanksiyaların Ukraynadakı vəziyyətlə bağlı olduğu bildirilir. “Rusiyaya qarşı sanksiyalar Minsk razılaşmaları tam həcmdə yerinə yetirilənədək qüvvəsində qalacaq”, - S.Dion belə deyib. (Virtualaz.org)