İngiltərədə ordu ayağa qalxdı

22-03-2016, 08:59           
İngiltərədə ordu ayağa qalxdı
İngiltərə kəşfiyyatı paytaxt Londonda ard-arda 10 terror aktı törədiləcəyi ilə bağlı məlumat əldə edib.
Axar.az xəbər verir ki, hücumları önləmək üçün artıq London polisi və xüsusi təyinatlı qüvvələr hazır vəziyyətə gətirilib.
Yerli medianın məlumatına görə, İngiltərə ordusunun terrorla mübarizə qrupları bioloji və kimyəvi bombalara qarşı hazırlıq tədbirləri görüb.
Digər tərəfdən Birləşmiş Krallıqdakı həbsxanalarda məhkumların hücum planı hazırladığı iddia edilib.
Xatırladaq ki, İngiltərə hökuməti ötən ilin noyabrında Parisdə baş verən terror hücumundan sonra artan terror, kiber hücumlar və digər qlobal risklərə qarşı daxili kəşfiyyat xidməti (Mİ5), Xarici Kəşfiyyat Xidməti (Mİ6), Rəqəmsal Əlaqə və Kəşfiyyat Təşkilatına (GCHQ) 1900 yeni personal qəbul ediləcəyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru