Kerri Moskvaya niyə gəldiyini açıqladı

22-03-2016, 09:30           
Kerri Moskvaya niyə gəldiyini açıqladı
ABŞ-ın dövlət katibi Con Kerri Moskva səfərinin əsas məqsədini açıqlayıb. Musavat.com-un məlumatına görə, dövlət katibi Rusiya rəhbərliyi ilə təhlükəsizlik problemlərini, Yaxın Şərqdəki və Ukraynadakı situasiyanı, həmçinin, bir sıra digər mühüm mövzuları müzakirə edəcəyini söyləyib.
“Aydındır ki, biz ən əvvəl Yaxın Şərqi və Ukraynanı müzakirə edəcəyik” – deyib ABŞ xarici siyasət idarəsinin başçısı.
“Bəs Moskva danışıqları zamanı hansısa məxsusi mövzular da diqqət mərkəzində olacaqmı” sualına o, “çoxlu məxsusi mövzular var” deməklə kifayətlənib. Lakin bu zaman Kerri onları konkretləşdirməyib.
Kerrinin Moskvaya səfəri martın 23-də başlayacaq. Hazırda o, ABŞ prezidentini Kuba səfərində müşayiət edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru