Brüssel aeroportundakı terrorda ölənlərin sayı artır - VİDEO, Fotolar - YENİLƏNDİ

22-03-2016, 17:33           
Brüssel aeroportundakı terrorda ölənlərin sayı artır - VİDEO, Fotolar - YENİLƏNDİ
Brüssel aeroportunda iki partlayış səsi eşidilib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, partlayışların səbəbi hələ məlum deyil.

***

Belçikanın paytaxtı Brüssel şəhərində iki partlayış baş verib.

Musavat.com-un Türkiyənin NTV kanalına istinadənverdiyi məlumata görə, partlayış Brüsselin hava limanında törədilib.

Belçika rəsmiləri bu partlayışların terror aktı olduğunu bildiriblər.

İlkin məlumatlara görə, 12 nəfər yaralanıb, hava alanındakı sərnişinlər evakuasiya edilib.

Terrorda yaralananlar hava alanının yaxınlığında olan bir otelə yerləşdiriliblər. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Belçikada hazırda ciddi çok yaşanır.

Belçikanın paytaxtı Brüsseldə Beynəlxalq Hava Limanında səbəbi bilinməyən iki partlayış baş verib.

Lent.az “Hürriyet”ə istinadən xəbər verir ki, partlayışın ardından hava limanına gedən bütün metrolar dayandırılıb. “Reuters”in xəbərinə görə, hava limanının gediş hissəsində xeyli sayda yaralı var. “BBC” isə yazır ki, aeroportun terminal binasından qatı duman yüksəlir. Partlayışın çox şiddətli olduğu, hadisə yerinə çox sayda təcili yardım maşınının getdiyi bildirilir.

Partlayışın Amerika Hava Yolları bölümünün yanında baş verdiyi bildirilir.

Belçika mediası yazır ki, hazırda hava limanı tamamilə boşaldılır. Bütün uçuşlar dayandırılıb.
Qeyd edək ki, bu partlayış ötən il noyabrın 13-də Parisdə 130 nəfərin ölümü ilə nəticələnən terror aktının əsas şübhəlisi olan Saleh Abdeslamın həbs edilməsindən 4 gün sonra baş verib.

Brüssel aeroportundakı terrorda ölənlərin sayı artır

***
Partlayış nəticəsində 11 nəfər ölüb, 20 nəfər yaralanıb.

Brüssel şəhərinin rəhbərliyi partlayışı terror aktı kimi qiymətləndirib.



Son məlumata görə, aeroportdakı partlayışda ölənlərin sayı 17-yə çatıb.

Bundan başqa, Brüssel metrosunda da partlayışın baş verdiyi bildirilir.

Xəbəri yerli telekanallar yayıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.