“Normand formatı”nda keçirilən görüşlər zamanı Rusiya prezidentiVladimir Putin ukraynalı pilot Nadejda Savçenkonu Ukraynaya qaytarılacağını vəd etmişdi. Bunu Rusiya məhkəməsinin Nadejda Savçenko barəsində 22 il həbs cəzası verilməsinə dair hökmünü şərh edərkən Ukrayna prezidenti Pyotr Poroşenko deyib. Onun sözlərinə görə, Putin, cəzasını vətənində çəkməsi üçün Savçenkonu Ukraynaya qaytarılacağını vəd edib.
“Putin Normand formatında görüşlər zamanı bəyan edib ki, məhkəmə hökm çıxardıqdan sonra Savçenko Ukraynaya qaytarılacaq. Artıq vədin yerinə yetirilməsi vaxtı çatıb. Mən, öz növbəmdə, Ukraynaya qarşı silahlı təcavüzdə iştirak etdiklərinə görə bizim ərazimizdə saxlanılan iki rusiyalı hərbçini Rusiyaya qaytarmağa söz verirəm”, – deyə Poroşenko qeyd edib.