Rusiyada neft hasilatının maya dəyəri –Cəmisi, 2 dollar

23-03-2016, 09:54           

Rusiyada neftin hasilatının maya dəyəri bir barrel üçün orta hesabla 2 dollar, çətin hasil edilən ehtiyatlar və şelf layihələri üzrə isə 20 dollar təşkil edir.

APA-nın məlumatına görə, energetika nazirinin müavini Kiril Molodsov “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.

“Hasilat azaldıqda maya dəyəri artır, çünki xərclərin həcmi olduğu kimi qalır, hasil olunan neftin həcmi isə azalır”, – deyə nazir müavini bildirib.

Ekspertlərin fikrincə, Rusiyada neftin hasilatının maya dəyəri Səudiyyə Ərəbistanının müvafiq göstəricisi ilə eynidir. Bundan əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, neftin qiyməti 15 dollara düşsə belə, ölkədə neft hasilatı gəlirli qalacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru