Brüssel polisi partlayışlarla əlaqəli olan üçüncü şübhəli şəxsi axtarır

23-03-2016, 10:04           

Brüssel polisi hava limanında törədilən partlayışlarla əlaqəli olan üçüncü şübhəli şəxsi axtarır. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, yerli mətbuatda dərc olunan fotoşəkildəki tünd rəngli paltar geyinmiş iki şəxsin partlayıcı qurğuları işə saldığı ehtimal olunur. Ehtimal olunmur ki, partlayıcı qurğular onların daşıdığı çantaların içində gizlədilib. Qeyd olunan iki şəxsin partlayışlar nəticəsində öldüyü bildirilir.

Yerli mətbuat Brüssel polisinin şəkildə qeyd olunan iki şəxsin sağ tərəfində əks olunan ağ paltolu üçüncü şəxsi axtardığını bildirir. Polisin məlumatına görə, həmin şəxsin çantasında olan partlayıcı qurğu naməlum səbəbdən işə salınmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru