Ukraynanın daha bir rəsmisi terrorun arxasında Rusiyanın dayandığını deyir...

23-03-2016, 11:25           
Ukraynanın daha bir rəsmisi terrorun arxasında Rusiyanın dayandığını deyir...
Ukrayna, Türkiyə, Paris və Brüssel teraktlarını törədənlər və onları planlayanlar eyni şəxslərdir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksandr Turçinov söyləyib. Onun sözlərinə görə, hədəf kimi Avropa Birliyi və NATO-nun mənzil qərargahlarının yerləşdiyi Brüsselin seçilməsi təsadüfi deyil:

“Terrorçuların məqsədi eynidir. Onlar həmişə insanlara panika, qorxu, müdafiəsizlik hislərini aşılamağa çalışırlar. Bu teraktlar Rusiyanın başlatdığı hibrid müharibəsinin nəticəsidir. Onlar düşünülmüş şəkildə Suriya şəhərlərindəki vətəndaş infrastrukturunu məhv etdilər. Rusiya fundamentalistlər və terrorçuların rahat şəkildə gizlənə biləcəyi miqrasiya axınına aktiv şəkildə şərait yaratdı. Biz yalnız təhdidləri başa düşüb və birləşməklə beynəlxalq terrorizmə qalib gələ bilərik”.

Qeyd edək ki, bundan öncə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri Vasili Qritsakın də Brüssel teraktında Moskvanın əli ola biləcəyini bildirmişdi. Rusiyanın Baş naziri Dmitri Medvedyev isə Feysbukdan açıqlama yayaraq, Qritsakı axmaq adlandırmışdı.

Bu gün Brüsseldə 4 ardıcıl teraktda 34 nəfər ölüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.