Şimali Koreya ordusu Əsədin tərəfindən vuruşur... - "Onlar olduqca təhlükəlidir"

23-03-2016, 12:53           
Şimali Koreya ordusu Əsədin tərəfindən vuruşur... - "Onlar olduqca təhlükəlidir"
Suriyada Bəşər Əsəd rejiminin tərəfində Şimali Koreyadan olan hərbçilər vuruşur.

AzVision.az `RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Cenevrədə Suriya müxalifəti ilə danışıqlar üzrə Ali Komitənin rəhbəri Asaad əz-Zaubi bildirib.

“Orada hətta Şimali Koreyadan iki qrup da var”, - deyə Zaubi brifinqdə Bəşər Əsədin xarici tərəfdaşlarını sadalayarkən qeyd edib.

Onun sözlərinə görə, Şimali Koreya hərbçiləri olduqca təhlükəlidir.

Müxalifət nümayəndəsi, həmçinin vurğulayıb ki, Əsədin tərəfində əfqanlar və iranlılar da vuruşurlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru