Türkiyə ilə Rusiya arasında növbəti gərginlik — Türk gəmisi Krıma çəkilən körpünü dağıtdı

23-03-2016, 13:14           

Türkiyəyə məxsus quru yük gəmisi Kerç boğazı üzərindən Krıma çəkilən körpünü taran edib.

Ölkə.az xəbər verir ki, Türkiyənin "Turkuaz Shihhing Corp" şirkıtinə məxsus "Lirə" quru yük gəmisi Krımla Rusiyanın birləşdirəcək körpünün dirəklərindən birini dağıdıb.

Məlumata görə, hadisə dünən gecə baş verib. Türk gəmisi körpünün iki dirəyini sıradan çıxarıb. Gəminin 9 heyəti olub. Onlardan heç biri xəsarət almayıb.

Xatırladırıq ki, körpünün tikintisi haqda Rusiya prezidenti Putin şəxsən sərəncam vermiş və inşaat işlərini şəxsən öz nəzarətinə götürmüşdü.

Hazırda baş vermiş qəzanın detalları araşdırılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.