Brüsseldə terror aktı törədənlərin kimliyi məlum olub

23-03-2016, 13:15           

Brüsseldə hava limanında baş verən terror aktını törədənlərin kimliyi məlum olub.

APA-nın məlumatına görə, bu barədə RTBF telekanalı xəbər yayıb. Terror aktını Belçika vətəndaşları olan Xalid və İbrahim Bakraui qardaşlarının törətdiyi açıqlanıb. Onların partlayıcı qurğuları işə saldığı ehtimal olunur. Hər iki şəxsin partlayış nəticəsində öldüyü bildirilir.

Xatırladaq ki, Brüsseldə Zaventem hava limanında dünən ard-arda terror aktları baş verib. Hadisə nəticəsində 11 nəfər ölüb, xeyli insan yaralanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.