ABŞ-dan dollarla bağlı açıqlama: bahalaşma olacaq
23-03-2016, 13:30
"Dolların uçot dərəcəsinin artırılması məsələsini əsla masadan qaldırmayacağıq. İqtisadiyyat əgər təxmin etdiyim templə irəliləyərsə, bəzi çətinliklərin daim mümkün olduğunu nəzərə alaraq hər toplantını canlı olaraq qiymətləndirəcəyəm".
Bunu ABŞ Mərkəzi Bankının (Fed) Filadelfia üzrə sədri Patrik Harker söyləyib. Onun sözlərinə görə, ABŞ iqtisadiyyatının həqiqətən də olduqca müqavimətli olduğunu bildirib.
"Əgər bu tendensiya davam edərsə, növbəti dəfə dolların uçot dərəcəsinin 0,25 % artırımını dəstəkləyəcəyəm. Neft qiymətlərinin kəskin bahalaşması ilə birlikdə inflyasiyanın 2% hədəfinə doğru hərəkət etməkdə olduğuna güvənirəm", - deyə Patrik Harker qeyd edib.
Çikaqo Fed sədri Çarls Evans isə bu il iki faiz artırımının məntiqsiz olmadığını söyləyib. Evans mart ayında faiz dəyişikliyinə getməyin məntiqli olduğunu, ancaq iqtisadi və maliyyə riskləri nəzərə alınaraq Federal Açıq Bazarda Komitəsinin (FOMC) daha diqqətli addımlar atdığını vurğulayıb. Evans dolların uçot dərcəsinin iqtisadiyyatın görünüşü ilə sıx bağlı olduğuna diqqət çəkib.
///BAKU.WS