Belçika prokurorluğu təkzib elədi

23-03-2016, 21:02           
Belçika prokurorluğu təkzib elədi
Belçika partlayışlarında əlləri olmaqda şübhəli bilinən 2 nəfər saxlanıb.

Bu barədə martın 23-də baş prokurorluq məlumat yayıb və bildirib ki, hazırda onların kimliyi müəyyənləşdirilir.

Bundan əvvəl intiharçıların yanında olan 3-cü şəxs Nacim Laaxrauoinin yaxalanması barədə məlumat verilmişdi.

Amma prokurorluq hələlik bu məlumatı təsdiqləməyib.

Martın 23-də hava limanında partlayış törətmiş iki qardaşın adları da açıqlayıb.

Onlar Xalid və İbrahim əl-Bəkraidir.

Martın 22-də Brüsseldə törədilə partlayışlarda, azı, 34 nəfər ölüb, 200-dən çox adamsa yaralanıb.

Polis ölkə boyu axtarışlara başlayıb, Brüsselə225 nəfərlik xüsusi qüvvələr yeridilib.

Belçika və Avropa Birliyi liderləri Brüsseldə ölənlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Hücumlara görə cavabdehliyi «İslam Dövləti» qrupu üzərinə götürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru