Madridin ən böyük məscidinə hücum edildi

23-03-2016, 22:54           

Dünən Brüsseldə baş verən terror hadisəsindən sonra sağ radikal qrup İspaniyanın paytaxtı Madriddəki M30 məscidinə hücum edib.

Axar.az xəbər verir ki, dəstə məşəl yandıraraq məscidə atıb. Nəticədə məscidin damı tüstüləyib və ziyan dəyib.

"Bu gün Brüssel, sabah Madrid?" şüarları səsləndirən "Hogar Sosial Madrid" qrupu aksiyalarını daha sonra sosial şəbəkələrdə "Terrorçular, xoş gəlmisiniz" haştaqı ilə davam etdirib.

Madrid şəhərinin rəhbərliyinin hadisəyə cavabı gecikməyib. Şəhər rəhbərliyi terrorçulara qarşı müsəlmanlarla birgə mübarizə aparacaqlarını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.