Dağıstanda polis əməkdaşları naməlum şəxslər tərəfindən atəşə tutulub.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Dağıstan hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
“Şamil rayonunun Hebda kəndi yaxınlığında naməlum şəxslər polis əməkdaşlarını atəşə tutub, sonra isə hadisə yerindən qaçıblar. İnsidentin təfərrüatları, hadisə nəticəsində zərərçəkənlərin olub-olmaması müəyyənləşdirilir”, deyə mənbə vurğulayıb.