Çin hərbi mövcudluğunu artırır

7-12-2021, 09:18           
Çin hərbi mövcudluğunu artırır
Çin Atlantik okeanının sahillərində, Ekvatorial Qvineyada qalıcı hərbi baza qurmağı planlaşdırır.

ABŞ kəşfiyyatnın yaydığı xəbərə görə, Çin Ekvatorial Qvineya sahillərində ilk daimi hərbi bazasını yaratmaq istəyir.

Çinin hərbi baza qurma planı ilə bağlı ətraflı məlumat verilməsə də, Pekin rəhbərliyinin Atlantik okean sahillərində hərbi varlığının bölgədə ABŞ-a qarşı təhdidləri artıracağı şərh edilib.

Həmçinin iddia olunub ki, ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşavirinin müavini Con Finerin 2021-ci ilin oktyabr ayında Ekvatorial Qvineya prezidenti Teodoro Obianq Nquema Mbasoqo ilə Çinin təklifini rədd etmək üçün görüşüb.

Mənbə: Wall Street Journal












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru